Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Meksikada kartel başçısının ölümü 14 nəfərin həyatına son qoydu

23.02.2026 17:57 804
Meksikada kartel başçısının ölümü 14 nəfərin həyatına son qoydu
Meksikada kartel liderinin ölüm sonrası qarşıdurmada 14 nəfər həlak olub.

Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Meksikada "Xalisco New Generation Cartel" ("Xalisko Yeni Nəsil") lideri Nemesio Ruben Osequera Servantesin öldürülməsi əməliyyatından sonra baş verən qarşıdurmalarda ən azı 14 nəfər, o cümlədən Meksika Milli Qvardiyasının yeddi üzvü həlak olub.

Hadisələr Xalisko, Miçoakan və Quanaxuato ştatlarında qeydə alınıb. Kartel üzvləri Qvadalaxara yaxınlığında atışmaya girib, yolları bağlayıb və nəqliyyat vasitələrini yandırıblar. Yaralı lider təyyarə ilə Mexiko şəhərinə aparılarkən ölüb. Prezident Klaudiya Şeynbaum vətəndaşları sakit olmağa çağırıb, hökumət 250-dən çox blokadanı aradan qaldırıb.

Qeyd edək ki, ABŞ əməliyyat üçün kəşfiyyat məlumatı təqdim edib və Osequeranın tutulmasına yardım edənlərə 15 milyon dollar mükafat vəd edib. 2009-cu ildən fəaliyyət göstərən kartel Meksikada ən güclü cinayətkar təşkilatlardan biridir.

Son xəbərlər