Mojo.az Banner
23:02 Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi – FOTO  |     22:57 Bu həftə sevgidə bəxti gətirən bürclər hansılardır?  |     22:50 Bu kənddə qaz olmayacaq  |     22:45 Əlavə məzuniyyətlər kimlərə verilir?  |     22:38 Polisə tabe olmayıb, canlı açan sürücü həbs edildi  |     22:32 Küveyt İran diplomatlarını ölkədən qovur  |     22:25 Tovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var  |     22:20 Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir? - Video  |     22:11 Rövşən Muradov qəfil VƏFAT ETDİ  |     22:07 Cəlilabad sakini dayısı arvadını öldürdü  |     22:02 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     21:56 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     21:52 Bakıda velosiped oğruları tutuldular  |     21:44 213 min manat oğurluq edən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı  |     21:39 Tərtərçayın sağ sahil kanalı yenidən qurulacaq  |     21:34 Vergi borclarının endirimlə ödənilməsi mümkündür? - RƏSMİ AÇIQLAMA  |     21:26 Dəhşətli isti havalar olacaq - Xəbərdarlıq  |     21:21 Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var  |     21:15 Epşteynin sirli mülkü yenidən araşdırılır (FOTO)  |     21:10 Azərbaycanda 35 minə yaxın uşağa görə birdəfəlik müavinət təyin edildi  |    
Left Banner
Right Banner

İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

23.02.2026 12:20 540
İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. Dövlətimizin başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq edib.

O, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası"nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.скачать dle 11.3
Mojo.az Banner