Mojo.az Banner
20:35 Bakıda bəy-gəlin rəqslərinin qiymətləri (SİYAHI)  |     20:22 Rəis müavini olmaq istədi, 64 min manat pul verdi  |     20:17 "Qəbələ"də portuqaliyalı vinger - Rəsmi  |     20:09 5 səhv sual müəllimlərin xeyrinə hesablandı  |     20:01 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb  |     19:56 Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı  |     19:50 Sabah 40 dərəcə isti olacaq  |     19:43 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     19:38 Azərbaycanın sığorta bazarı böyüyüb  |     19:30 "Aşur" məscidi muzeyə çevrilib? - RƏSMİ AÇIQLAMA  |     19:25 Qəza baş verdikdə sürücülər bu halda hadisə yerini tərk edə bilərlər  |     19:16 Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək? - AÇIQLAMA  |     19:11 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:03 12 iyul imtahanın nəticələri açıqlandı - 17 nəfər 400 bal topladı  |     18:56 Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarıldı - Video  |     18:51 Sabah sərbəst qəbul başlayır  |     18:42 Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi  |     18:37 Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - Video  |     18:27 İrandan Trampın təklifini dəstəkləyən ölkələrə sərt XƏBƏRDARLIQ  |     18:13 Yaponiyada güclü zəlzələ: Yanğınlar başladı, 50-dən çox yaralı var  |    
Left Banner
Right Banner

Həm cibə, həm cana ziyan: Ramazan ayında fantastik qiymətə iftar menyuları təklif olunur - Video

23.02.2026 11:54 456
Həm cibə, həm cana ziyan: Ramazan ayında fantastik qiymətə iftar menyuları təklif olunur - Video
Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Bu ay təkcə oruc və ibadət deyil, həm də birlik, paylaşma və sosial həmrəylik rəmzi hesab olunur. Lakin paytaxt restoranlarının təklif etdiyi iftar menyularının qiymətləri cəmiyyətdə ciddi müzakirələrə və narazılığa səbəb olub.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Aparılan müşahidələr göstərir ki, müxtəlif iaşə obyektlərində birnəfərlik iftar menyusunun qiyməti geniş diapazonda dəyişir:

- Minimal paket: 15 manat (şorba, salat, əsas yemək, limitsiz çay və kompot),

- Orta seqment: 50-60 manat (açıq bufet, limitsiz yemək seçimi),

- Premium paket: 85-100 manat (dəniz məhsulları, kabablar və lüks xidmət).

Sakinlər yüksək qiymətlərin Ramazan ayının ruhuna zidd olduğunu bildirirlər. Vətəndaşların fikrincə, 90-100 manatlıq bir menyunu bitirmək üçün insan normalda 5-6 kiloqram yemək yeməlidir ki, bu da həm fiziki, həm də maddi cəhətdən məntiqsizdir.

Məsələyə münasibət bildirən ilahiyyatçı Turan İrfan qeyd edir ki, Ramazan sosial bərabərlik ayıdır, ayrı-seçkilik vasitəsi deyil. Onun sözlərinə görə, dəbdəbəli iftar süfrələri bir növ israfçılıqdır:

"100-150 manatlıq iftar menyuları təklif etməklə insanları yanlış yola sövq edirlər. Bir tərəfdə iftarını açmağa çörək tapmayan insanlar, digər tərəfdə bu cür israfçılıq... Maddi gəlir naminə dini dəyərlərdən istifadə edən şəxslər mənəvi baxımdan xəyanət etmiş sayılırlar".

Terapevt Abbas Bağırov isə iftarda limitsiz və ağır yeməklərdən istifadənin orqanizm üçün ciddi fəsadlar yarada biləcəyini vurğulayır. Həkim bildirir ki, eyni vaxtda müxtəlif növ ağır təamların qəbulu həzm prosesini çətinləşdirir:

"İftar açıldıqdan bir neçə dəqiqə sonra şorba kimi yüngül yeməklərdən istifadə olunması məqsədəuyğundur. Ağır yeməklərin eyni vaxtda qəbulu orqanizmin yorulmasına səbəb olur. Yeməklərin müəyyən fasilələrlə qəbul edilməsi tövsiyə olunur".
скачать dle 11.3
Mojo.az Banner