Mojo.az Banner
11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |     11:13 Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ  |     23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |    
Left Banner
Right Banner

"TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - Video

17.02.2026 12:19 591
"Krediti, borcu olan yazsın, kömək edim...", "Ərzağa ehtiyacı olan yazsın, köməklik göstərim..." - son günlər sosial şəbəkələrdə, xüsusilə də "TikTok" platformasında bu cür elanlar paylaşan səhifələrin sayı artıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, "WhatsApp" qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, "TikTok"da canlı yayım açan səhifəyə daxil olub və yardım üçün müraciət edib. Lakin daha sonra səhifənin əsl niyyətinin fərqli olduğunu anlayıb.

Turqay Həsənovun sözlərinə görə, qarşı tərəf ondan bütün şəxsi məlumatları aldıqdan sonra nömrəni bloklayıb.

Biz də həmin səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta bəzi nömrələrin söndürülmüş olduğu məlum olub.

Səhifədə yayımlanan videolara yazılan şərhlərdən isə bu şəxslərin qurbanı olanların sayının kifayət qədər çox olduğu aydın görünür.

Ekspertlər vətəndaşları hər hansı bank kartı və ya şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmağa çağırırlar. Onlar tanımadıqları şəxslərə şəxsi və maliyyə məlumatlarının verilməməsini tövsiyə edirlər.
скачать dle 11.3
Mojo.az Banner