Mojo.az Banner
19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tiktok Azərbaycanda bu qədər videonu silib - SƏBƏBLƏR

24.10.2023 21:06 927
Tiktok Azərbaycanda bu qədər videonu silib - SƏBƏBLƏR
TikTok-da təhlükəsizlik: platforma 2023-cü ilin ikinci rübündə İcma Qaydalarını pozduğuna görə Azərbaycanda 370 mindən çox videonu silib.
 
TikTok platforması icmanın təhlükəsizliyini prioritetləşdirir, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda istifadəçilər üçün rahat yaradıcı mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platforma İcma Qaydalarımızı pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birgə səylərindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-da təhlükəsizliyə cavabdehdir.
 
TikTok öz icmasına şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında aydın təsəvvür yaradan İcma Qaydalarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. 2023-cü ilin 2-ci rübünü əhatə edən ən son hesabatımız aprel ayından qüvvədə olan yenilənmiş İcma Qaydalarımızı əks etdirir və onların nə olduğu və necə tətbiq olunduğuna aydın şəkildə ifadə edir. Ən son İcma Qaydalarının Tətbiq Hesabatına əsasən, 2023-cü ilin ikinci rübündə:
 
- Dünya miqyasında 106,476,032 video İcma Qaydalarını pozduğuna görə silinib.
 
- Silinmiş videoların 96,5%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
 
- Videoların 90,8%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
 
Eyni müddət ərzində Azərbaycanda:
 
- 372 153 video İcma Qaydalarını pozduğuna görə silinib.
 
- Silinmiş videoların ümumi sayının 95,2%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
 
- Videoların 88,9%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
 
Həmçinin bu hesabatda TikTok ilk dəfə olaraq platformada canlı yayımların - istifadəçilərə və kontent yaradıcılarına real vaxt rejimində qarşılıqlı əlaqə yaratmağa imkan verən məşhur formatın moderasiyası haqqında məlumat əlavə edib. Beləliklə, 2023-cü ilin ikinci rübündə qaydaları pozduğuna görə dünya miqyasında 8.074.632 canlı yayım bloklanıb ki, bu da həmin dövr üçün ümumi canlı yayım sayının 1,5%-ni təşkil edib./milli.azскачать dle 11.3
Mojo.az Banner