Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

"TikTok" bu ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videoçarxı silib

03.10.2024 19:03 1 041
Qısa videolar üçün aparıcı platforma olan "TikTok" Azərbaycanda icmanın təhlükəsizliyini ən yüksək prioritet hesab edir. Bu məqsədlə platforma, İcma Qaydalarını pozan məzmunu aşkar etmək və ona qarşı tədbirlər görmək üçün innovativ texnologiyalar və mütəxəssislərin birgə səylərindən istifadə edir. Dünyanın müxtəlif yerlərindən 40 000-dən çox mütəxəssis, o cümlədən Azərbaycan dilini bilən mütəxəssislər "TikTok" istifadəçilərinin təhlükəsizliyini təmin etməkdən məsuldur.

"TikTok" platformasından dünya üzrə milyardlarla insan istifadə edir və hər gün milyonlarla videoçarx yayımlanır. Şirkət icma qaydalarını pozan məzmunun bir nəfər belə baxmadan əvvəl silinməsini təmin edən avtomatlaşdırılmış moderasiya texnologiyalarını təkmilləşdirməyə davam edir. Nəticədə, bu texnologiyalar vasitəsilə qaydaları pozan videoların 80%-i avtomatik olaraq silinir, halbuki keçən il bu rəqəm 62% idi. Eyni zamanda, istifadəçilərdən şikayət daxil olmamışdan əvvəl məzmunun proaktiv olaraq silinməsi göstəriciləri də yüksəlib: 2024-cü ilin ikinci rübündə bu rəqəm silinən videoların ümumi sayının 98.2%-ni təşkil edib.

İcma Qaydalarına riayət olunması ilə bağlı məlumatlar, o cümlədən silinmiş videolar və hesablar haqqında məlumatlar hər rübdə İcma Qaydalarının İcra Hesabatlarında açıqlanır. 2024-cü ilin ikinci rübü üzrə İcma Qaydalarının İcra Hesabatına əsasən Azərbaycanda:

- 884 773 video icma qaydalarını pozduğuna görə silinib.

- Silinmiş videoların 95.9%-i şikayət daxil olmadan əvvəl platforma tərəfindən proaktiv olaraq silinib.

- Məzmunun 93.4%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

Həmin dövrdə, icma qaydalarının pozulması ilə əlaqədar olaraq dünya miqyasında:

- 178 827 465 video silinib.

- Videoların 98.2%-i proaktiv olaraq silinib.

- 93.5%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

Xatırladaq ki, keçən il Azərbaycanda icma qaydalarını pozduğuna görə ümumilikdə 2 071 243 video silinib.

Keçən rübdə "TikTok" ictimai rəyə siyasi kontekstdə təsir etmə məqsədi daşıyan mümkün gizli informasiya kampaniyalarının qarşısını almaq və şəffaflığı təmin etmək məqsədilə ayrıca hesabat təqdim etməyə başlayıb. 2024-cü ilin ikinci rübündə "TikTok" dünya miqyasında 1 702 277 abunəçisi olan 2 240 hesabdan ibarət 14 gizli təsir şəbəkəsinin fəaliyyətini dayandırıb.скачать dle 11.3
Mojo.az Banner