Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA

16.02.2026 20:55 495
Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA
Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur.

Median.Az
xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla "SAF Hospital"ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent anju əməliyyatından sonra vəfat edib. Ölüm səbəbi kimi trombun damarı tutması göstərilib.

Müraciət müəllifi həkimlər arasında mümkün maraq əlaqələrinin və qeyri-rəsmi ödəniş iddialarının aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "SAF Hospital"dan bildirilib ki, sözügedən paylaşımda qeyd olunan iddialar həqiqəti əks etdirmir və xəstəxananın adına ləkə gətirir.

"Həmin xəstənin yaxınlarının ölüm faktı baş verdikdən sonra imzaladıqları iltizamnamədə heç bir şikayətlərinin olmadığını qeyd etmələrini xüsusilə vurğulayırıq. Pasiyent yaxınlarının bu cür emosional çıxışları icbari tibbi sığorta sisteminin səmərəli fəaliyyətinə mane olur və özəl tibb müəssisələrinin işinə kölgə salır. Xəstə yaxınlarını bu cür açıqlamalarda ehtiyatlı olmağa çağırırıq.

Eyni zamanda, həkim-ekspertiza rəyini də təqdim edirik: 04.09.1947-ci il təvəllüdlü şəxs "SAF Hospital"a İcbari Tibbi Sığorta göndərişi əsasında angioqrafiya müayinəsi üçün müraciət edib. Aparılan müayinələr zamanı ona qeyri-stabil stenokardiya və kəskin miokard infarktı diaqnozu qoyulub. Daha sonra pasiyentin ürəyinə stent yerləşdirilib və o, palataya köçürülüb. Bir neçə saat sonra xəstənin vəziyyəti ağırlaşıb. Həyata keçirilən müayinə və müalicə tədbirlərinə baxmayaraq, 11.02.2026-cı il tarixində ölüm faktı qeydə alınıb.

Qeyd etmək istərdik ki, hospitalda müayinə və əməliyyatlar İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir. Bu müayinə və əməliyyatlar dövlət tibb müəssisələrindən icbari tibbi sığorta göndərişləri əsasında baş tutur. İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq başladığı gündən etibarən göndərişlər əsasında "SAF Hospital"da mindən artıq əməliyyat icra edilib, yüzlərlə insan ölüm təhlükəsindən xilas olunaraq ailələrinə qovuşub. Hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərən həkim heyəti peşəkar və təcrübəli mütəxəssislərdən ibarətdir", - deyə məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner