Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

“Meta”nın ağıllı eynəkləri adamları üzdən tanıyacaq

16.02.2026 19:52 324
“Meta”nın ağıllı eynəkləri adamları üzdən tanıyacaq
“Meta” ağıllı eynəklərində istifadəçilərə süni intellekt vasitəsilə qarşılarındakı insanları tanımağa imkan verən üztanıma texnologiyası hazırlayır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Ad etiketi” adlanan bu xüsusiyyətin keçmişdəki məxfilik pozuntularına görə tənqidlərə səbəb olacağı gözlənilir.

İddia edilir ki, “Meta” mübahisəli texnologiyanı işə salmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarının diqqətinin siyasi qarışıqlığa yönəldiyi dövrdən fürsət kimi istifadə edir.

Bildirilir ki, bu xüsusiyyət küçədəki hər kəsi skan edən universal bir vasitə olmayacaq, yalnız istifadəçiyə “Meta” platformalarındakı əlaqələrini və ya ictimai hesabları olan insanları müəyyən etməyə imkan verəcək.

Qeyd edək ki, “Meta” keçmişdə üztanıma texnologiyaları ilə bağlı problem yaşayıb. Şirkət istifadəçilərin üz məlumatlarını icazəsiz topladığı iddiası ilə məhkəmə proseslərində milyardlarla dollar təzminat və cərimə ödəməyə məcbur olub. Daha sonra 2021-ci ildə “Facebook”dakı üztanıma sistemini bağlamaq qərarına gəlib.скачать dle 11.3
Mojo.az Banner