Mojo.az Banner
18:36 Həmyaşıdının üstünə spirt töküb yandırmışdı - Tutuldu  |     18:32 Bakıda evdən meyit tapıldı  |     18:23 TƏBİB-in icraçı direktoru vəzifəsinə namizəd kimi göstərilən şəxs infarkt keçirdi  |     18:21 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:57 "Crocus City Hall" terrorçularının məhkəməsi: Dörd nəfərin təqsiri təsdiqləndi  |     17:43 Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu  |     17:34 Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA  |     17:23 Türkiyədə kömür mədənində FACİƏ - Dörd nəfər dağıntılar altında qaldı  |     17:15 Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb  |     17:06 Yeni açılacaq Bakı-Belqrad reysinin qiyməti bilindi  |     17:05 "Lukoil"in operatoru növbə rəisinin pulunu oğurlayıb  |     17:02 Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI  |     17:01 "Yuxa"da YOXLAMA: Məşhur restoranın işi dayandırıldı - Video  |     16:58 Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı  |     16:55 Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILIR  |     16:53 Terror barədə yalan məlumat verənə hökm oxundu  |     16:51 "Telegram"da rekord sayda kanal və qrup bağlandı  |     16:46 "Şamaxinka"da hərəkət yenidən təşkil edilir - VİDEOQRAFİKA  |     16:41 Əli Əhmədovun oğluna YÜKSƏK VƏZİFƏ verildi - FOTO  |     16:40 Azərbaycanın avtomobil bazarında kəskin dönüş - Video  |    
Left Banner
Right Banner

General-mayor kolbasa sexinə sahibləndi, keçmiş direktoru döydü və bəraət aldı

16.02.2026 14:47 270
General-mayor kolbasa sexinə sahibləndi, keçmiş direktoru döydü və bəraət aldı
Xuliqanlıq əməllərində günahlandırılan Ramil Nağıyev və onun qohumu olan Maqsud Tahirovun (soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Median.Az
Pravda.az-a istinadən məlumat verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baş tutan yekun iclasda hökm elan edilib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət tərkibinin mövcud olmaması səbəbindən onların hər ikisinə həmin maddə üzrə bəraət verilib. İttiham olunan şəxslər haqqında seçilmiş başqa yerə getməmək barədə iltizam növündəki qətimkan tədbiri ləğv olunub.

İttiham sənədinə görə, Ramil Nağıyev kolbasa istehsalı ilə məşğul olan şirkətlərdən birində pay sahibi kimi tanıdığı qadından qeyri-rəsmi yolla səhmlərin müəyyən hissəsini əldə etdikdən sonra həmin müəssisənin digər şəriki, zərərçəkmiş Elnur Əsədovla (soyadı şərtidir - red.) aralarında biznes mübahisəsi yaranıb. Tərəflər arasında bir müddət davam edən bu gərginlik əsasən sözlü mübahisələrlə müşayiət edilib.

Növbəti qarşıdurma zamanı isə Ramil Nağıyev qarşı tərəfə fiziki güc tətbiq edib. Hadisə 24 mart 2023-cü il tarixdə gecə saat 02 radələrində baş verib.

O, öncə mobil telefon vasitəsilə zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib.

Daha sonra R.Nağıyev qohumu Maqsud Tahirov və tanışı S.S. (adı, soyadı şərtidir) ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətinə gəliblər. Əvvəlcə Elnur Əsədov, daha sonra isə onun övladları D.D. və F.F. evdən həyətə düşüblər.

Hadisənin gedişatında Ramil Nağıyev zərərçəkmişin və onun ailə üzvlərinin ünvanına uca səslə nalayiq sözlər deyib. Gecə vaxtı ətrafdakı çoxmərtəbəli binalarda yaşayan sakinlərin də sakitliyin qorunması ilə bağlı etdikləri xəbərdarlıqlara əhəmiyyət verməyərək, vətəndaşların gecə istirahətini nümayişkaranə tərzdə pozub.

Daha sonra Ramil Nağıyev Elnurun üzərinə hücum çəkərək onun döş qəfəsi və burun nahiyələrinə bərk zərbələr vurub. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər yetirməyən, dərəcəsi təyin olunmayan xəsarətlər dəyib.

İttihamda bildirilir ki, hadisə yerinə sonradan gələn qohumu Maqsud da mübahisəyə fəal şəkildə qoşularaq Elnurun baldır nahiyəsinə zərbə endirib və nəticədə sağ baldır nahiyəsində qançır yaranıb. Həmçinin, Elnurun oğlu, zərərçəkmiş D.D.-nin bazu nahiyəsində vurulan zərbə nəticəsində qançır əmələ gəlib. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər olaraq qiymətləndirilib.

Beləliklə, istintaq orqanının qənaətinə görə, Ramil Nağıyev bir qrup şəxs halında ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən və zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib.

Məhkəmə iclası zamanı Ramil Nağıyev ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib və hadisənin baş vermə səbəbləri ilə bağlı geniş ifadə verib.

Onun sözlərinə istinadən, 1998-2009-cu illərdə gömrük orqanlarında, 2009-2020-ci illər ərzində isə fövqəladə hallar orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. Sonuncu iş yeri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandirinin birinci müavini vəzifəsi olub. 2020-ci ilin dekabr ayında öz arzusu ilə ehtiyata buraxıldığını qeyd edən təqsirləndirilən şəxs 2016-cı ildən dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, həmçinin 2015-ci ilin dekabrında ölkə rəhbərinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görüldüyünü vurğulayıb.

İfadəsində qeyd edib ki, 2019-cu ilin sonlarında Bakı şəhər sakini olan qadınla - H.H. ilə ortaq tanışları vasitəsilə əlaqə yaradıb. 2020-ci ilin noyabrında H.H.-nin payçısı olduğu kolbasa istehsalı sexinin satılması barədə xəbər tutub. Bundan sonra Bakı şəhəri Nərimanov rayonu ərazisindəki "Neşvə" restoranında baş tutan görüşdə müəssisənin 40 faiz səhmini 2 milyon 400 min manat qarşılığında almaq barədə razılığa gəliblər. O, bildirib ki, müəssisənin qalan 20 faiz səhmi Elnur Əsədova aid olub və həmin vaxta qədər həmin şəxslə heç bir tanışlığı və əlaqəsi olmayıb.

Təqsirləndirilən şəxs əlavə edib ki, səhmlərin alqı-satqısı faktiki olaraq onun tərəfindən həyata keçirilsə də, müqavilə bacanağının adına rəsmiləşdirilib və sonuncu müəssisədə nümayəndə kimi fəaliyyətə başlayıb. Təxminən üç ay keçdikdən sonra Elnurla şəxsən tanış olub. Həmin ərəfədə zərərçəkmiş şəxs müəssisədə direktor vəzifəsini icra edib.

Bir müddət sonra Elnur Əsədov direktor vəzifəsindən uzaqlaşdırılıb. Həmin dövrdən etibarən tərəflər arasındakı münasibətlər kəskinləşib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2022-ci ilin sonlarından 2023-cü ilin mart ayına qədər tərəflər arasında telefon danışıqları və yazışmalar zamanı qarşılıqlı təhqirlər və mübahisələr davam edib.

Nağıyev hadisə günü onun mobil telefonuna "WhatsApp" tətbiqi vasitəsilə zərərçəkmiş şəxs tərəfindən zəng gəldiyi bildirilib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və qarşılıqlı qeyri-etik ifadələr işlədilib. Elnur onu Xırdalan şəhərinə dəvət edib. O da sürücüsü ilə bərabər həmin ünvana yollandığını deyib.

İfadəyə əsasən, yol boyu yazışmalar və zənglər davam edib. Xırdalan şəhərində əvvəlcədən razılaşdırılmış əraziyə çatdıqdan sonra avtomobildən düşərək binanın həyətinə daxil olub. Orada tərəflər söhbət etməyə razılaşıblar.

Təqsirləndirilən şəxs bildirib ki, söhbət əsnasında zərərçəkmiş şəxs təhqiramiz ifadələr işlədib. Onun sözlərinə görə, ilk fiziki təması Elnur edib - sol ayağına təpik vurub və sinəsindən itələyərək yerə yıxıb. Daha sonra aralarında əlbəyaxa dava düşüb və hər iki tərəf fiziki güc tətbiq edib.

Ramil Nağıyev həmçinin vurğulayıb ki, hadisə zamanı heç bir silah və ya əşyadan istifadə etməyib, "Makarov" tipli silahı olmayıb və kiməsə zor tətbiq edilməsi barədə göstəriş verməyib. Digər şəxslərin isə tərəfləri ayırmaq məqsədilə müdaxilə etdiyini bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə uzun müddətdir davam edən kommersiya mübahisəsinin və qarşılıqlı gərginliyin nəticəsi olub. Mübahisə yalnız tərəflər arasında baş verib, ətrafda kənar şəxslər olmayıb və ictimai qaydanın kobud şəkildə pozulması halı qeydə alınmayıb.

Məhkəmədə Maqsud Tahirov ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərib ki, 2014-cü ildən FHN-in Xidmətin təşkili və peşə hazırlığı şöbəsində böyük mühəndis-inspektor vəzifəsində işləyir, daxili xidmət mayorudur, hərbi qulluqçu statusunda olmayıb. Zərərçəkmiş şəxsləri isə ümumiyyətlə hadisə baş verən günə qədər tanımayıb, sonuncularla hər hansı münasibəti və ünsiyyəti olmayıb.скачать dle 11.3
Mojo.az Banner