Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Serbiyanın "Politika" ictimai-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub

16.02.2026 14:07 402
Serbiyanın
Serbiyanın "Politika" ictimai-siyasi qəzetində Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhəri haqqında məqalə dərc olunub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, "Kranlar və minalar arasında - Qafqazın Xirosiması" başlıqlı reportajda, əsasən, Ağdamdan bəhs olunur.

Reportajda Ağdamın işğaldan əvvəlki vəziyyəti, əhalisinin sayı, Ermənistanın işğalı dövründə xarabalıqlara çevrilərək, "ruhlar şəhəri" adlandırılması və işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs olunub.

Bildirilib ki, Ağdam vaxtilə Qarabağ bölgəsinin canlı və inkişaf edən şəhərlərindən biri olub. Birinci Qarabağ müharibəsi zamanı şəhər Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib, azərbaycanlı əhali isə oranı tərk etməyə məcbur olub.

Reportajda daha sonra otuz ilə yaxın işğal dövründə Ağdamın infrastruktursuz, dağıdılmış və yaşayışsız vəziyyətdə olmasına diqqət çəkilib.

Bərpa-quruculuq mərhələsinə keçdikdə isə vurğulanıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etdikdən sonra regionun yenidən qurulması və məskunlaşdırılması prosesinə başlayıb. Bu çərçivədə Bakı ilə Ağdam arasında dəmiryol əlaqəsi yenidən istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, şəhərdə yağışlı havaya baxmayaraq, hər tərəfdə ağır tikinti texnikası və kranlar görünür. Uzun illər ərzində "Qafqazın Xirosima"sı adlandırılan şəhər indi xarabalıqlardan qurtulur və yenidən qurulur. Bərpa prosesi isə yolların, elektrik və su xətlərinin, məktəblərin, xəstəxanaların və yaşayış binalarının tikintisini əhatə edir.

Qeyd olunur ki, hökumət öz yurduna qayıdan əhaliyə yeni mənzillər, iş imkanları təqdim edir, sənaye zonalarının və sosial obyektlərin yaradılması planlaşdırılır. Şəhərin mərkəzində artıq müasir binalar ucaldılır. Həmçinin uzun illər Bakıda oynamağa məcbur qalmış "Qarabağ" futbol klubunun stadionunun da bərpası planlaşdırılır.

Lakin quruculuq işlərinin önəmi göstərilməklə yanaşı, bərpa prosesinə müəyyən qədər mane olan amil - mina problemi də müəllifin diqqətindən qaçmayıb. O bildirib ki, münaqişə illərində ərazilərdə çoxlu sayda mina basdırılıb və bu, yenidənqurma prosesini çətinləşdirir. Ərazilərin minalardan təmizlənməsi vaxt aparan və təhlükəli prosesdir və bunun tam başa çatdırılması üçün uzun illər lazım ola bilər.

Müəllif yazır ki, Ağdam bu gün həm böyük tikinti meydançasını, həm də təhlükəli mina sahələrini xatırladır, kranlar və minalar arasında həyat tədricən bu əraziyə qayıdır və bir vaxtlar "Qafqazın Xirosima"sı adlandırılan şəhər yeni mərhələyə qədəm qoyur.

Son xəbərlər