Mojo.az Banner
19:06 AzTU kompüter və başqa avadanlıqların alınması üçün 1.6 milyonluq müqavilə bağlayıb  |     18:49 Çanaqqala boğazı bağlandı  |     17:52 Azərbaycanda bəzi ərazilərə QAR YAĞIR - Faktiki hava  |     17:17 Bakıda ili köhnə olan avtobuslar nə vaxt yenilənəcək? (VİDEO)  |     17:14 Abşeronda böyük REYD: 82 dilənçi və 37 motoxuliqan saxlanıldı - Video  |     16:56 İranda etirazlar zamanı ölənlərin sayı artır  |     16:53 İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT  |     16:05 Naxçıvana 37 sm qar yağıb  |     15:52 Bakıda 16, rayonlarda 17 dərəcə isti olacaq  |     15:50 Mahnısına görə məhkəmə qarşısında: 3 ilə qədər həbs tələbi  |     15:32 Bakıda moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıblar  |     15:23 İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ - FOTO  |     14:55 Nazirlikdən küləkli hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT  |     14:53 Bu ölkə İlon Maskın çatbotuna girişi blokladı  |     14:48 Dünyanın ən güclü pasportları: reytinqdə Azərbaycan neçəncidir? (SİYAHI)  |     14:40 8 nəvəsi var, 10-cu uşağını dünyaya gətirdi  |     14:35 İpotekaya yararlı mənzillər BAHALAŞDI - Video  |     14:33 Azərbaycan nefti bahalaşıb  |     14:32 Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar saxlanıldılar  |     14:18 Tramp Venesuela neftini satmağa başlayacaqlarını bildirib  |    
Left Banner
Right Banner

ZDF kanalında işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb - FOTO

09.12.2020 20:16 789
ZDF kanalında işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb - FOTO
Almaniyanın “ZDF” telekanalında Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb.

Kanalın Qarabağ bölgəsinə ezam olunmuş müxbiri Yörq Braze Azərbaycanın 1990-cı illərdə itirdiyi əraziləri bu yaxınlarda geri qaytardığını qeyd edir. Ağdam və Füzuli rayonlarında yerli sakinlərlə söhbət edən müxbir bildirir ki, getdikcə daha çox azərbaycanlı bu regiona qayıdır. Həmin sakinlərdən biri, hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş Hamlet İbrahimov ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliklərdən və Vətən müharibəsinin gedişindən bəhs edir. “Bu dəfə biz qələbə qazana bildik”, - deyən Hamlet qənimət götürülmüş iki erməni tankını fəxrlə göstərir. İyirmi səkkiz il bundan əvvəl Qarabağda ermənilərə qarşı döyüşən və həmin müharibəni uğursuzluqla başa vuran Hamletin indiki məmnuniyyəti göz qabağındadır. O deyir: “Baxın, mərmilər də içəridədir, biz tankları bütün sursatı ilə birgə ələ keçirmişik. Ermənilər nələri var idisə, atıb qaçıblar”.

Reportajda Ağdam şəhərinin dağıntıları da göstərilir. Jurnalist qeyd edir ki, razılaşmaya əsasən Azərbaycanın döyüşsüz nəzarətə götürdüyü üç rayondan biri olan Ağdamın şəhər mərkəzi “ruhlar şəhəri” təəssüratını yaradır. Bura 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, yerli əhalisi tərk etdikdən sonra talan olunmuş və indiyədək kimsənin yaşamadığı bir ərazidir. Bu şəhəri, həmçinin “Qafqazın Xirosiması” adlandırırlar.

Reportajda vurğulanır ki, 27 ildən sonra geri qayıdan şəhər sakini Məryəm İsmayılova da qürurludur. O, məscidin minbərindən öz yaşadığı məhəlləsini göstərir və evlərinin tamamilə dağıdıldığını söyləyir. Bildirir ki, şəhərdə yeganə salamat qalan tikili məsciddir. M.İsmayılova göz yaşları içində deyir ki, vaxtilə Ağdam çox gözəl şəhər olub, lakin indi həmin gözəllikdən əsər-əlamət qalmayıb. O qeyd edir ki, ermənilər şəhərə hücum edəndə evlərindən heç nə götürə bilməyib, bütün əşyalarını orada qoyaraq canlarını xilas etməyə çalışıblar. Qardaşı və həyat yoldaşı həmin vaxt yaralanaraq itkin düşüblər, onlardan indiyədək heç bir xəbər yoxdur. Onlar minlərlə itkin düşəndən yalnız ikisidir: “O vaxt bizi niyə öldürürdülər, mənim həyat yoldaşımın günahı nə idi? Oğlum mənə ermənilərin əsirləri qətlə yetirdikləri videoları göstərir. Haradan bilim, bəlkə mənim də həyat yoldaşımı o cür işgəncələrə məruz qoyub və qətlə yetiriblər?”.

Reportajda deyilir ki, 1990-cı illərə aid digər bir “ruhlar şəhəri” olan Füzulidə Hamlet dağıdılmış məscidin xarabalığı arasında gəzişir. O, alman jurnalistə vaxtilə Ağdam məscidi böyüklükdə olan Füzuli məscidinin yerini və həmin məsciddən qalan minarənin qalığını göstərir: “Bu, məscidin minarəsi də Ağdam məscidinin minarəsi kimi hündür olub. Lakin ermənilər onu məhv ediblər. Füzuli məscidi böyük olub, lakin ona qarşı edilənlərin nəticəsi budur, daş-daş üstündə qalmayıb”.

Hamlet onu da bildirdi ki, Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər bizimlə bizim ölkəmizdə bizim dövlətin vətəndaşı kimi bizim bayrağımızın altında və bizim pasportla yaşaya bilərlər.

Sonda müxbir hələ müharibənin acısının təzə olduğunu və ətrafda dağıntıların çox olduğunu qeyd edir.

скачать dle 11.3