Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı - SƏBƏB

16.02.2026 14:05 453
Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı - SƏBƏB
Bakıda keçmiş həyat yoldaşları arasında baş verən mübahisə qanla bitib.

Oxu.az-ın məlumatına görə, dəhşətli hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərasət Quliyev (ad və soyad şərtidir) 2018-ci ildə ailə həyatı qursa da, bu izdivac uzun çəkməyib. Cütlüyün birgə nikahdan Cavanşir adlı övladları dünyaya gəlib.

Bir neçə il sonra tərəflər arasında yaranan narazılıq boşanma ilə nəticələnib. Məhkəmənin qərarı ilə azyaşlı uşaq anasının himayəsində qalıb, ata isə övladını hər həftə görmək hüququ əldə edərək aliment ödəməyə başlayıb.

Hadisə günü ata növbəti dəfə övladını görmək məqsədilə qadının yaşadığı ünvana yollanıb. O, yeddi yaşlı Cavanşirlə bir müddət vaxt keçirdikdən sonra uşağı öz evinə aparmaq istəyib. Lakin qadın buna kəskin etiraz edib və nəticədə tərəflər arasında gərginlik yaşanıb. Mübahisə zamanı Fərasət üzərində gəzdirdiyi bıçaqla keçmiş həyat yoldaşının sifət və qol nahiyələrinə xəsarət yetirib.

Polis əməkdaşlarının müdaxiləsi nəticəsində F.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq elan edilib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə F.Quliyevə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər