Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Paxıllıq hissinin öhdəsindən necə gələk? - Rusiyalı psixoloq izah edir

16.02.2026 13:35 690
Paxıllıq hissinin öhdəsindən necə gələk? - Rusiyalı psixoloq izah edir
"Başqalarına paxıllıq etmək hissinin öhdəsindən dörd addımda gəlmək mümkündür. Bu yanaşma özünü başqaları ilə müqayisədən yaranan hissləri həyatı yaxşılaşdırmaq üçün konstruktiv alətə çevirməyə kömək edir".

Median.Az
gazeta.ru-ya istinadən xəbər verir ki, bunu psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpaqina bildirib.

Onun sözlərinə görə, xüsusilə 14 fevral kimi günlərdə sosial şəbəkələrdə münasibətlərin reallığı deyil, onların ideal, filtrdən keçirilmiş və stilizə olunmuş görüntüsü nümayiş etdirilir:

"Öz gündəlik həyatınızı bu cür kontentlə müqayisə etmək, təbii olaraq, ağrı və paxıllıq hissi yarada bilər. Lakin bu hissləri konstruktiv siqnala çevirmək mümkündür. Birinci addım - həyatla həyatı deyil, prosesi nəticə ilə müqayisə etdiyinizi anlamaqdır", - deyə mütəxəssis qeyd edib.

Şpaqinanın sözlərinə görə, ikinci addım rəqəmsal ekoloji yanaşmadır:

"Bir günlüyə ideal görüntülər təqdim edən hesabları izləməkdən imtina edin. Passiv skrollinq əvəzinə aktiv fəaliyyətlə məşğul olun".

Mütəxəssis bildirib ki, üçüncü addım müqayisə enerjisini düzgün istiqamətləndirməkdir:

"Özünüzə səmimi sual verin: "Mən əslində nə istəyirəm?" Kədərinizin arxasında hansı ehtiyacın dayandığını müəyyənləşdirin. Sonra özünüzdən soruşun: "Bunu özümə necə verə bilərəm və ya real həyatda partnyorumdan necə xahiş edə bilərəm?" Bəlkə də, sosial şəbəkədə gördüyünüz buket əvəzinə sizə birgə gəzinti lazımdır", - deyə Şpaqina əlavə edib.

Psixoloq vurğulayıb ki, sonuncu addım gündəlik həyata görə minnətdarlıq hissini inkişaf etdirməkdir:

"Münasibətlərinizdə fotogenik olmayan, ideal görünməyən, lakin sizin üçün dəyərli olan anların siyahısını düşüncənizdə tərtib edin".
//oxu.azскачать dle 11.3
Mojo.az Banner