Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda şirkət rəhbəri işçiləri "blok"a atdı: Qanunsuz əməlləri ifşa olundu - Video

16.02.2026 13:27 381
Bakıda şirkət rəhbəri işçiləri
Azərbaycanda fəaliyyət göstərən "Qərb F2-05" MMC-nin bir qrup işçisi əmək hüquqlarının pozulması, maaşların ödənilməməsi və qeyri-insani iş şəraiti ilə bağlı şikayət ediblər. Məsələ artıq məhkəmə müstəvisinə keçib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Şikayətçi Ramil Əmirovun sözlərinə görə, şirkətin icraçı rəhbəri Namiq Qasımov işçilərə aylıq 1 800 manat əməkhaqqı vəd etsə də, reallıqda onları həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə qoyub:

"Maaşın bir hissəsi "paket" şəklində vəd olunmuşdu".

Şikayətçi bildirir ki, işə qəbul zamanı əməkhaqqının yalnız 626 manatının rəsmi (kart vasitəsilə), qalan hissəsinin isə əlbəəl veriləcəyi deyilib:

"Avqustun 5-dən müqavilə ilə işə başladıq. Bizi Ağdərənin dağlarına metal yığımına aparırdılar. Səhər saat 9-dan gecə saatlarına qədər ac-susuz işləyirdik. Maaş istəyəndə isə bizi hədələdilər: "Kim şikayət etsə, pulu verilməyəcək" dedilər və hamımızı "blok"a atdılar".

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, vətəndaş Ramil Əmirovun müraciəti Abşeron-Xızı regional şöbəsində araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı sənədlərin vaxtında təqdim edilmədiyi məlum olub. Məsul şəxslər haqqında qanunvericiliyə uyğun tədbirlər görülüb və məsələnin məhkəməyə göndərilməsi qərara alınıb.

Qurumdan bir daha xatırladılıb ki, qanunvericiliyə əsasən işçilərin əməkhaqqı vaxtında və tam ödənilməlidir. Bu tələblərin pozulması işəgötürən üçün ciddi inzibati və hüquqi məsuliyyət yaradır.

"Qərb F2-05" MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.скачать dle 11.3
Mojo.az Banner