Mojo.az Banner
23:01 Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI  |     22:55 Süni intellekt nəhənglərində nə baş verir? - "Dünya təhlükədə"  |     22:50 Maliyyə çöküşünə səbəb ola biləcək 5 pul vərdişi  |     22:44 "Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək  |     22:35 ABŞ Ermənistana 13 milyard dollar verəcək - SƏBƏBİ  |     22:30 Bərdədə qəza oldu - Ölən və yaralanan var  |     22:22 Paşinyanın Tehran səfərinin detalları açıqlandı  |     22:17 Ötən il SOCAR neft emalını 7 %-dən çox artırıb  |     22:11 Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edildi  |     22:04 Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib  |     21:55 Yeni İl günü qətl törədən yeniyetmədən xəbər var  |     21:50 Çörək bahalaşıb? - Agentlikdən AÇIQLAMA (Video)  |     21:43 "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirdi  |     21:38 Qaradağda yaşayış binasında YANĞIN: Təxliyə olunanlar var - Video  |     21:29 Pezeşkian maaşının miqdarını açıqladı  |     21:24 "Sumqayıt"dan yeni transfer  |     21:16 Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr - SİYAHI  |     21:11 "Şəki" kafesində nöqsanlar aşkarlandı  |     21:02 ADY vətəndaşlara müraciət etdi - VİDEO  |     20:57 Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü  |    
Left Banner
Right Banner

"Kupça" almaq istəyənlərə şad xəbər - 15 günə veriləcək

12.02.2026 22:44 114
Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır.

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

Bu qərar nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür:

"Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək Dövlət Reystrinə edilən müraciətlər hüquq müəyyənedici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə, vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də Dövlət Reyestr Xidməti heç bir məsuliyyət daşımırdı.

Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsi, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək".скачать dle 11.3
Mojo.az Banner