Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı |
Mojo.az Avto
Mojo.az Avto

Cibgirliklə ələ keçirdiyi bank kartındakı pulları mağazada xərclədi, saxlanıldı - Video

09.02.2026 17:40 372
Cibgirliklə ələ keçirdiyi bank kartındakı pulları mağazada xərclədi, saxlanıldı - Video
Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarından birində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsində olan vətəndaşlardan birinin içərisində qiymətli zinət əşyaları və bank kartı yerləşən pulqabısı naməlum şəraitdə oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik əməlini törətməkdə şübhəli bilinən şəxs aşkarlanıb.

Müəyyən edilib ki, həmin şəxs əvvəllər də məhkumluq həyatı yaşamış 58 yaşlı Pünhan Umudovdur və o, polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

O, oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını 730 manata satdığını, pulqabıdakı bank kartından isə müxtəlif marketlərdə istifadə edərək ümumilikdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Faktla əlaqədar olaraq araşdırmalar davam etdirilir.

Son xəbərlər