Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu dərmanlar sizi kor və kar edə bilər - XƏBƏRDARLIQ

06.02.2026 19:18 363
Bu dərmanlar sizi kor və kar edə bilər - XƏBƏRDARLIQ
Səhiyyə sahəsində aparıcı mütəxəssislər arıqlama məqsədilə istifadə olunan preparatlaın potensial olaraq ciddi yan təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Sfera.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu yan təsirlər arasında görmə qabiliyyətinin ciddi pozulması və hətta geri dönməyən korluq halları da var.
 
Bir sıra elmi araşdırmalar bu preparatların qəbulu ilə qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) arasında əlaqə olduğunu göstərib. Bu nadir xəstəlik zamanı görmə sinirinin qanla təchizatı pozulur və nəticədə qəfil, geri dönməz görmə itkisi baş verə bilər.
 
Keçən il "JAMA Ophthalmology" jurnalında ABŞ-dƏ bu səbəbdən görmə qabiliyyətini itirmiş doqquz pasiyentlə bağlı məlumatlar dərc olunub. Onlardan yeddisinə "NAION" diaqnozu qoyulub. Hadisələrdən birində qadın semaqlutidin ilk inyeksiyasından sonrakı səhər sol gözündə tam görmə itkisi ilə üzləşib. Preparat müvəqqəti dayandırıldıqdan və sonradan yenidən qəbul edildikdən sonra isə o, ikinci gözünün də görmə qabiliyyətini itirib.
 
Digər hallarda pasiyentlər göz önündə qəfil ağrısız "kölgə" yaranmasından, torlu qişa damarlarının zədələnməsindən və göz daxili qanaxmalardan şikayət ediblər. Bəzi vəziyyətlərdə preparatın qəbulu dayandırıldıqdan sonra görmə qismən və ya tam bərpa olunub, lakin bir sıra pasiyentlərdə pozuntular qalıcı olub.
 
Alimlər vurğulayırlar ki, bu ağırlaşmaların dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, qanda şəkərin kəskin azalması gözün xırda damarlarına zərər verərək görmə sinirinin qidalanmasını poza bilər./baku.wsскачать dle 11.3
Mojo.az Banner