Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb

06.02.2026 15:24 744
Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırıb.

Bu barədə ETX məlumat yayıb.

Məlumata görə, təhlil nəticəsində hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədildiyi müəyyən edilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə "Remcos RAT" tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qeyd edilib ki, qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.скачать dle 11.3
Mojo.az Banner