Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Esthederm Medical" Samirə Mehrəliyə görə cərimələndi: Plastik cərrah olan ərindən də şikayət edilibmiş

04.02.2026 18:08 351
Bakıda fəaliyyət göstərən "Esthederm Medical" inzibati qaydada cərimə olunub.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.

Belə ki, aparılan yoxlama zamanı klinikada tanınmış kosmetoloq Samirə Mehrəlinin dermatologiya üzrə tibb xidmətinin kosmetoloji təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılması aşkarlanıb.

Nəticədə məhkəmənin qərarı ilə "Esthederm Medical" 6 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, iş materiallarında Samirə Mehrəlinin həyat yoldaşı "HTC Cliniva Hospital"da fəaliyyət göstərən plastik, estetik, rekonstruktiv cərrah Elnur Mehrəlinin də adı keçir. Belə ki, Nizami Rayon Prokurorluğunda 2023-cü ildə vətəndaşın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, vətəndaş 2023-cü ilin mart ayının əvvəllərində burnunun xarici görünüşündə olan qüsurlar və çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən "HTC Cliniva Hospital"da fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılıb və rinoplastika əməliyyatı etdirib.

Şikayətçi Elnur Mehrəlini onun kosmetoloq xanımı Samirə Mehrəlinin vasitəsilə tanıdığını bildirib. Həmin vaxt Elnur Mehrəli pasiyentin üzərində rinoplastika, Samirə Mehrəli isə bulhorn əməliyyatlarını icra ediblər.

Əməliyyatdan sonra isə pasiyentin burnunun sağ hissəsində çöküntü əmələ gəlib və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olub, əməliyyatdan sonra isə nəfəs almasında ciddi problemlər yaşanıb.

Pasiyent Elnur Mehrəliyə şikayət etsə də, həkimin buna məhəl qoymadığı iddia olunub.

Son xəbərlər