Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

69 yaşlı məmurun ölkədən çıxışına "stop" qoyula bilər

04.02.2026 16:59 459
69 yaşlı məmurun ölkədən çıxışına
Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir” İstehsalat Birliyinin strukturuna daxil olan "Temp” Dövlət Müəssisəsinin rəisi Əliyev Cilovxan Mansur oğlu barəsində məhkəməyə müraciət olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən edilib.

Buna səbəb "Temp” Dövlət Müəssisəsinin 766471.69 manat vergi borcunun olmasıdır. Məhkəmədə 1957-ci il təvəllüdlü Cilovxan Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulması tələb edilir.

Qeyd edək ki, əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan Cilovxan Əliyev 2013-cü ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.

Son xəbərlər