Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib

02.02.2026 17:56 804
Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib
Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi sözügedən gölə axıdılır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd edilib ki, tullantı suları əsasən gölün ətrafında məskunlaşan əhalinin məişət tullantı suları, həmçinin həmin ərazidə fəaliyyət göstərən müəssisələrin tullantı suları hesabına formalaşır. Gölün ətrafında ağ köpüyün əmələ gəlməsinə səbəb kimi məişət tullantı sularının tərkibində böyük miqdarda yuyucu vasitələrin olması ehtimal olunur. Lakin dəqiq nəticələr götürülmüş su nümunələri analiz olunduqdan sonra bilinəcək.

Bildirilib ki, Böyükşor gölünün ətrafında XIX əsrin II yarısından başalyaraq neft sənayesinin sürətli inkişafı nəticəsində bir çox neft quyuları qazılıb və bu gölün çirklənməsinə səbəb olub. Ətrafdakı yaşayış sahələrinin genişləndirilməsi və burada yaranan tullantı sularının birbaşa gölə axıdılması gölün çirklənmə səviyyəsini artırıb. 26 dekabr 2013-cü il tarixli "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyət dairəsi genişləndikdən sonra Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Böyükşor gölünə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Son xəbərlər