Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycanın enerji sistemlərinə qoşulmaq düzgün olardı" - Paşinyan

29.01.2026 16:50 480
"Ermənistan və Azərbaycanın enerji profisiti var və bu da Cənubi Qafqazda beynəlxalq bazarlara çıxış üçün çox böyük potensialın olduğunu göstərir".

Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

O, Ermənistan və Azərbaycanın burada marağından da bəhs edib: "Ermənistan daha böyük ixrac bazarlarına çıxış əldə etmək üçün Azərbaycan şəbəkələrindən istifadə edə bilər və Azərbaycan da eyni məntiqdədir. Əlbəttə ki, onlar da Naxçıvanla enerji transferlərinin həyata keçirilməsində maraqlıdırlar. Görürsünüz ki, enerji sistemimiz Gürcüstan və İranın enerji sistemlərinə bağlıdır və düşünürəm ki, enerji sistemimizin Türkiyə və Azərbaycanın enerji sistemlərinə də qoşulması düzgün olardı. Bu, ixrac imkanlarımızı artıracaq, eləcə də regionun imkanlarını artıracaq. Lazım gələrsə, digər bazarlara birgə ixrac həyata keçirə bilərik.

TRIPP layihəsi çərçivəsində enerji layihələri də nəzərdə tutulur. Əgər biz Azərbaycan şəbəkələrindən ixrac üçün istifadə etmək istəmiriksə, ən azından ərazimizdən elektrik enerjisinin ixracı və ya idxalı üçün tranzit vəsaitlərindən gəlir əldə edəcəyik".

Baş nazir bu barədə hər hansı praktik addımların atılıb-atılmadığını da açıqlayıb: "Siyasi anlaşma var. Biz bunu təhlil etdik, güman edirəm ki, Azərbaycan da bunu təhlil edib. Biz qarşılıqlı olaraq bunu təhlükə kimi görmürük, əksinə, imkanları, xüsusən də sülhün möhkəmləndirilməsi vasitəsi kimi görürük".
//unikal.az

Son xəbərlər