Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ Ermənistana 500 milyon avro ayıracaq

02.12.2025 18:32 735
Aİ Ermənistana 500 milyon avro ayıracaq
Avropa İttifaqı (Aİ) Ermənistanın enerji təhlükəsizliyinin gücləndirilməsi və şaxələndirilməsinə 500 milyon avro investisiya qoyacaq.

Median.Az
Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos bildirib.

"Bu, sizin enerji sisteminizi Gürcüstanın enerji sistemi ilə birləşdirmək üçün 500 milyon avro məbləğində investisiyadır və biz sizin Rusiya enerjisindən asılılığınızı azaltmaq üçün Ermənistan-Türkiyə enerji sistemi üzərində işləyirik. Bzim Moldova, Ukrayna və hətta özümüz üçün də xüsusi enerji proqramlarımız var. Məsələn, 2022-ci ildə müharibə başlayanda (Ukraynada - red.) Avropa qazın 60 %-ni, kömürün 50 %-ni və deyəsən, neftin 40 %-ni Rusiyadan idxal edirdi. İndi kömür və neft idxalı dayandırılıb, qaz idxalında isə asılılığı tədricən aradan qaldırmağa doğru irəliləyirik ki, bu da bildiyiniz kimi, həmişə asan olmur", - o dəqiqləşdirib.

Onun sözlərinə görə, Daşkənddə əldə edilmiş müvafiq razılaşmaya əsasən, Ermənistan enerji infrastrukturunun yaxşılaşdırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və şaxələndirilməsi, həmçinin xarici oyunçulardan asılılığın azaldılması üçün "Qafqaz enerji sistemi" layihəsi çərçivəsində dəstək alır. Aİ bu istiqamətdə Almaniyanın KfW inkişaf bankı ilə əməkdaşlıq edir.

"Qafqaz enerji sistemi" layihəsinin məqsədi Ermənistan və Gürcüstanın enerji sistemlərinin sinxronlaşdırılması yolu ilə Cənubi Qafqazda etibarlı və qarşılıqlı faydalı transsərhəd enerji mübadiləsini təmin etməkdir.скачать dle 11.3
Mojo.az Banner