Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın su anbarlarında nə qədər ehtiyat var?

21.01.2026 17:49 381
Azərbaycanın su anbarlarında nə qədər ehtiyat var?
Azərbaycanda hazırda qış fəslinin olmasına baxmayaraq, ölkənin əsas su anbarlarında 16,5 milyard kubmetr su ehtiyatı toplanılıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sərvan Ağayev bildirib.

Onun sözlərinə görə, qış aylarında temperaturun aşağı olması nəticəsində dağlıq ərazilərdə formalaşan qar və yağış ehtiyatlarının donması çaylara daxil olan su həcminin azalmasına səbəb olur: "İlin bu dövründə su anbarlarında suyun həcminin nisbətən az olması təbiidir. Yaz aylarında havanın temperaturu yüksəldikcə qar və yağış ehtiyatı əriyir, çayların sululuğu artır. Bu səbəbdən su anbarlarında ehtiyatların əsas toplanma dövrü yaz və yay aylarına, yəni gursululuq mərhələsinə təsadüf edir. Toplanan su ehtiyatları isə yaz və yay aylarında suya tələbatın yüksək olduğu vaxtlarda təsərrüfatlara verilir".

S. Ağayev əlavə edib ki, su anbarları əsasən çay məcralarında inşa edilib və bu qurğuların məqsədi təkcə su ehtiyatlarının toplanması deyil, eyni zamanda çaylardan gələn sel və daşqın sularının tənzimlənməsi və zərərsiz ötürülməsidir.

"Sel və daşqın sularının təhlükəsiz ötürülməsi üçün yerli istismar idarələri mütəmadi olaraq mühafizə bəndlərində möhkəmləndirmə, çay məcralarında isə təmizləmə işləri aparır. Su ehtiyatlarının idarə olunması və təhlükəsiz ötürülməsi daim diqqət mərkəzində saxlanılır, sel-daşqın halları zamanı isə yerli qurumlarla birgə zəruri tədbirlər görülür", – deyə o, qeyd edib.скачать dle 11.3
Mojo.az Banner