Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Coğrafiya İnstitutu: “Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq”

28.07.2020 22:49 1 781
Coğrafiya İnstitutu: “Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq”
Builki quraqlıq problemi Aran rayonlarında su ehtiyatının azalmasına, problemin bu bölgədə özünü daha çox büruzə verməsinə səbəb olacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, havanın quraq keçməsi rütubətin və su ehtiyatlarının azalmasına gətirib çıxarır.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı çayların əksəriyyəti xarici ölkələrdə formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Azərbaycana daxil olana qədər bu çayların suyundan istifadə edilir və su azalır. Yay aylarında isə ölkəmizə gələn suyun miqdarı daha da azalır. Su ehtiyatının azalması suya ehtiyacın daha çox olduğu dövrdə təsərrüfata, məişətə öz mənfi təsirini göstərir:

“Əkinçilik təsərrüfatları əsasən Aran rayonlarındadır. Suya tələbat da ən çox bu rayonlarda olur. Dağlıq rayonlarda yağış suyu təsərrüfatların suya olan ehtiyacını təmin edir. Ona görə də əsas məsələ Aran rayonlarının su ilə təminatının yaxşılaşdırılmasıdır”.

Qeyd edək ki, ölkə ərazisində avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Belə quraqlıq Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib.

Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən-bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm də Şimali Afrikada - Ərəbistan yarmadası üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.скачать dle 11.3
Mojo.az Banner