Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Novruz bu ölkədə rəsmi dövlət bayramı oldu

17.01.2026 20:39 489
Novruz bu ölkədə rəsmi dövlət bayramı oldu
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

Fərmana əsasən, 21 mart tarixində qeyd olunan və baharın gəlişini simvolizə edən Novruz ölkənin bütün bölgələrində ödənişli rəsmi tətil günü olacaq.

Qeyd olunur ki, Novruzun dövlət bayramı statusu alması Suriyada uzun illərdir davam edən müzakirələrdən sonra qəbul edilən və siyasi-mədəni baxımdan mühüm addım kimi qiymətləndirilən qərarlardan biridir.

Son xəbərlər