Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi Bakıya gəlir - SƏBƏB

16.01.2026 19:54 408
Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi Bakıya gəlir - SƏBƏB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gələcək.

Bu barədə "Report"a 63 yaşlı mütəxəssis özü məlumat verib.

O, "Qarabağ" və Almaniyanın "Ayntraxt Frankfurt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu üçün ölkəmizə səfər edəcəyini söyləyib:

"Ayntraxt" klubu ilə Azərbaycana gələcəyəm. Məni bu matça dəvət ediblər".

Xatırladaq ki, Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub. Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner