Mojo.az Banner
22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Los-Ancelesdən Londona uçan təyyarədə gərgin anlar: Xəsarət alanlar var

09.01.2026 11:19 786
Los-Ancelesdən Londona uçan təyyarədə gərgin anlar: Xəsarət alanlar var
Los-Ancelesdən Londona uçan "British Airways" aviaşirkətinə məxsus "Airbus A380" təyyarəsində güclü hava turbulentliyi zamanı bir neçə nəfər xəsarət alıb.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, təyyarə Qrenlandiya üzərindən uçarkən təxminən 10-15 dəqiqə güclü hava turbulentliyi yaranıb. Nəticədə sərnişinlər və heyət üzvləri arasında xəsarət alanlar olub.

Sərnişinlərdən biri gərgin anları belə anladıb:

"Təyyarə qəfildən əyildi və yan tərəfə hərəkət etməyə başladı. Həmin vaxt tualetdən çıxarkən tarazlığımı itirdim və topuğum sındı".

Bundan əlavə, sərnişinlərdən biri, ehtimal ki, vəziyyətin gərginliyi səbəbindən huşunu itirib.

Ekipaj əvvəlcə Kanada və ya İslandiyada təcili eniş etmək qərarına gəlib, lakin sonda təcili yardım xidmətlərinin onları gözlədiyi Londonun Hitrou hava limanına yollanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.скачать dle 11.3
Mojo.az Banner