Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

"Soyuqdəymə dərmanları" hara yoxa çıxıb? - Apteklərdə tapılmır...

05.01.2026 22:29 405
Apteklərdə “Dimedrol”un açıq satışdan demək olar ki, tamamilə yoxa çıxması son dövrlər ictimai müzakirələrə səbəb olub. Bəzi aptek satıcıları dərmanın “satılmadığını”, digərləri isə yalnız resept əsasında verildiyini bildirir.
 
Lakin məsələ təkcə “Dimedrol”la bitmir. Son vaxtlar “Analgin” və “Novokain” kimi uzun illər əhalinin geniş istifadə etdiyi dərmanların da apteklərdə açıq satışının məhdudlaşdırıldığı bildirilir. Aptek işçiləri bu preparatların ya ümumiyyətlə verilmədiyini, ya da yalnız həkim resepti ilə satıldığını deyirlər. Məlumata görə, bu dərmanların nəzarətsiz istifadəsi, xüsusilə də narkotik aludəçiləri və qeyri-tibbi məqsədlərlə istifadə hallarının artması risk yaratdığı üçün məhdudlaşdırılıb.
 
Bir tərəfdən bu addımlar ictimai təhlükəsizlik və səhiyyə nəzarəti baxımından əsaslandırılır. Digər tərəfdən isə gündəlik praktikada ciddi suallar ortaya çıxır. Qızdırma, kəskin ağrı, allergik reaksiya və ya gecə saatlarında baş verən təcili, lakin həyati təhlükə yaratmayan hallarda vətəndaşların əlçatan dərman seçimi xeyli daralır. Alternativ tapa bilməyən insanlar isə çox vaxt çıxış yolunu təcili tibbi yardıma müraciətdə görür.
 
Bu vəziyyətdə haqlı bir sual yaranır: “Dimedrol”, “Analgin” və “Novokain” kimi dərmanların açıq satışının məhdudlaşdırılması fonunda, hər qızdırma və ağrı üçün təcili tibbi yardımı məşğul etmək nə dərəcədə düzgün və səmərəli yanaşmadır? Bu qərarlar doğrudanmı sui-istifadənin qarşısını alır, yoxsa səhiyyə sisteminə əlavə yük yaradaraq vətəndaşları daha çətin vəziyyətə salır?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dünyanın heç bir yerində aptekdən reseptsiz dərman almaq mümkün deyil. Həkimin müşahidələrinə görə, bəzi ölkələrdə müəyyən dərmanlar sərbəst satışdadır:

"Avropa ölkələrində, İngiltərədə "Paracetamol" və ağrıkəsici olan "İbuprofen","Aspirin" marketlərdə satılır. Bunları hər kəs rahatlıqla alıb istifadə edə bilir. Geri qalanları isə icbari tibbi sığorta çərçivəsində satılır. İcbari tibbi sığorta maliyyə sənədidir. Dərmanların dövriyyəsinə ciddi nəzarət var".
 
Həkim vurğulayıb ki, dərmanlar özbaşına reseptsiz, həkim təyinatı olmadan istifadə edilə bilməz:
 
"Bizdə insanlar gedib özləri antibiotik alır. Antibiotikin virusa nə təsiri var? Başqasının resepti ilə alırlar, evdə bir tibb bacısı köməyi ilə edirlər sonra da başqa fəsadlar olur. Bu dərmanların sonrakı fəsadlarından vətəndaşların xəbəri olmur. Bütün bu məsələnin ciddiliyini vətəndaşlar anlamalıdır. Xəstəliyə qarşı müalicə təyinatı klinik protokollarla yalnız həkimə məxsusdur və yalnız həkim təyinatı ilə dərmanlar buraxılmalıdır".
 
"Bu gün narkomaniya ilə mübarizə üçün o qədər boş sahələr, istifadə edəcəkləri imkanlar var ki, o dərmanlara xüsusi ehtiyac duymurlar. "Dimederol", "Travmadol" istifadə edilsə də, sintetik narkotiklər kifayət qədərdir",- A.Qeybulla qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner