Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

"Azəriqaz" bayram günü minlərlə insanı necə qazsız qoydu?

02.01.2026 16:38 390
"Artıq iki gündür ki, "Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə "kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, "Azəriqaz”ın mərkəzi sistemində olub”.

Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, "Azəriqaz”ın "backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin "Azəriqaz”dan qaynaqlandığını bildiriblər.

Ekspert əlavə edib ki, "Azəriqaz” ilkin mərhələdə problemin terminallarla bağlı olduğunu açıqlasa da, sonradan kütləvi müraciətlər zamanı sistem yenidən çöküb: "Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, "Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir”.

O.Gündüz xatırladıb ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib: "Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.

O xatırladıb ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: "Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan "daha ağıllı” olduğu iddia edilir və s.

Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin - xidmətin təqdim edilməsinin, "billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün - təbii inhisarçının əlində cəmləşməsindədir. Eyni zamanda xatırladıram ki, ötən il, daha doğrusu 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, "Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.

Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır”.

Xatırladaq ki, bu gün "Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yarandığını, yaranmış problemin həmin gün axşam saat 20:00-da aradan qaldırıldığını açıqlayıb. Qeyd olunub ki, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olduğuna görə, müraciət sayının çoxluğundan sistemdə yenidən müəyyən xətalar yaranıb. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində iş aparılır.скачать dle 11.3
Mojo.az Banner