Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub

31.12.2025 17:48 573
Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub
Rumıniya PURL ("Prioritized Ukraine Requirements List") proqramı çərçivəsində Ukrayna üçün silah alışı üçün 50 milyon avro ayıracaq.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.

"Rumıniya hökuməti ABŞ-nin təklif etdiyi "Ukraynanın müdafiəsi üçün prioritet tələblər siyahısı"na (PURL) töhfə verən ölkələrə 50 milyon avro ayırmaqla qoşulmaq qərarına gəlib", - press-relizdə deyilir.

Nazirlik qeyd edib ki, PURL mexanizmi ABŞ administrasiyası üçün böyük əhəmiyyət kəsb edən xarici siyasət və təhlükəsizlik vasitəsidir, müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərinin bərabər bölüşdürülməsini təmin edir.

Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ tərəfi PURL vasitəsilə tərəfdaş ölkələri Ukraynanı dəstəkləməkdə və fəaliyyət üçün razılaşdırılmış çərçivə yaratmaqda birbaşa, ölçülə bilən şəkildə cəlb etməyə çalışır.

PURL proqramı 14 iyulda ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən başlanıb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri Ukrayna üçün ABŞ ehtiyatlarından silah alırlar.скачать dle 11.3
Mojo.az Banner