Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib

24.05.2024 19:52 1 845
Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib
Rumıniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd addımlara görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan etmək qərarına gəlinib”, - məlumatda vurğulanıb.

Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə saxlandığını bildirib. Məlumata görə, o, Rumıniya və ya NATO-ya məxsus hərbi obyektlərin fotoşəkillərini Rusiyanın Buxarestdəki səfirliyinə göndərib.

Son xəbərlər