Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR

26.12.2025 19:08 567
Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR
"Obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir".

Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan əsas amillərdəndir:

"Bu amili yerləşmə faktoru kimi qiymətləndirmək olar. Bununla belə, elə obyektlər mövcuddur ki, onların gəlirliliyi yerləşdiyi ərazidən asılı olmayaraq formalaşır. Belə obyektlərdə piyada axını, müştəri daxilolma sayı, göstərilən xidmətin əraziyə uyğunluğu və nəqliyyat əlçatanlığı həlledici rol oynayır.

Hazırda icarə qiymətlərinin ən yüksək olduğu rayonlar sırasında Nəsimi, Səbail, Nərimanov, Yasamal və Xətai rayonları yer alır. Xüsusilə Nəsimi və Səbail rayonları mərkəzi ərazi hesab olunduğuna görə bu zonalarda icarə haqları daha yüksəkdir".

AQC sədri əlavə edib ki, qiymət bölgüsü təkcə bazar tələbi ilə deyil, həm də rayonların sosial-iqtisadi inkişaf və infrastruktur səviyyəsinə uyğun şəkildə formalaşır:

"Orta qiymətlərin təklif edildiyi obyektlər əsasən Nizami və Binəqədi rayonlarında yerləşir. Bu ərazilər inkişaf səviyyəsinə görə aralıq zonalar kimi dəyərləndirilir.

Ən aşağı icarə qiymətləri isə Pirallahı, Qaradağ və Suraxanı rayonlarında müşahidə olunur. Vüqar Oruc qeyd edib ki, bu ərazilərdə iri sahəli obyektlər, əsasən anbar tipli təyinatla, bir kvadratmetr üçün 3,5–4 manat aralığında təklif edilir. Sahəsi nisbətən kiçik olan obyektlərdə isə icarə qiymətləri 8–10 manat arasında dəyişir.

Sahədən asılı olaraq qiymət fərqlərinin mövcud olduğunu vurğulayan ekspert əlavə edib ki, Səbail rayonunda bir kvadratmetr üzrə icarə haqqı orta hesabla 150 manat təşkil edir, bəzi hallarda isə bu göstərici 200 manata qədər yüksəlir. Kiçik sahəli, yüksək keçidə malik obyektlərdə isə kvadratmetr qiymətinin 400 manata qədər qalxması mümkündür".

Son xəbərlər