Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

1 milyonluq kriptovalyutanı qanunsuz ələ keçirənlər tutuldu - Kiberpolisdən əməliyyat (Video)

25.12.2025 17:42 618
1 milyonluq kriptovalyutanı qanunsuz ələ keçirənlər tutuldu - Kiberpolisdən əməliyyat (Video)
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.

Xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə "yüksək”, "perspektivli” qazanc vədi verən "kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur.

Son xəbərlər