Mojo.az Banner
21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis əməliyyat keçirdi: Külli miqdarda pirotexniki vasitələr aşkarlandı - VİDEO

11.12.2023 15:51 1 650
Polis əməliyyat keçirdi: Külli miqdarda pirotexniki vasitələr aşkarlandı - VİDEO
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasından ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb.

Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdan satışını təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış qiyməti 300 min manatdan artıqdır.

Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.скачать dle 11.3
Mojo.az Banner