Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Hondurasda yeni prezidentin adı açıqlandı

25.12.2025 13:17 861
Hondurasda yeni prezidentin adı açıqlandı
Hondurasda keçirilən prezident seçkisində mühafizəkar Nasri Asfura qalib gəlib.

Bu barədə "Reuters" məlumat yayıb.

Honduras Seçki Komissiyasının məlumatına görə, Asfura səslərin 40.3%-ni toplayıb. İkinci yeri sağ mərkəzçi Liberal Partiyasının namizədi Salvador Nasralla (39.5%) tutub. Hakim LIBRE partiyasının namizədi Riksi Monkada isə üçüncü yerdə qərarlaşıb (19.19%).

Hondurasda seçki noyabrın 30-da baş tutub. Qeyd olunur ki, nəticələr gecikmələr, texniki problemlər və saxtakarlıq iddiaları ilə bir müddət sonra açıqlanıb.

Yeni dövlət başçısı 2026-cı ilin yanvarın 27-dən fəaliyyətə başlayacaq.

Nasralla seçki komissiyası tərəfindən elan edilən nəticələri tanımasa da, tərəfdarlarını sakit olmağa və hər hansı bir itaətsizlik və ya zorakılıq hərəkətlərindən çəkinməyə çağırıb.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, əgər Honduras hökuməti seçkinin nəticələrini saxtalaşdırsa, bu ölkə "cəhənnəm əzabı" ilə üzləşəcək.скачать dle 11.3
Mojo.az Banner