Mojo.az Banner
22:06 Bu şəxslər də 1 il hərbi xidmət keçəcək  |     22:01 Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA  |     21:55 Masazırda sərnişin banan qabığını maşından yola atdı - VİDEO  |     21:48 Tanınmış professor kliniki ölüm keçirdi  |     21:41 Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?  |     21:36 Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq  |     21:29 Neymar İtaliya vətəndaşlığı aldı  |     21:24 Azərbaycanda demoqrafik böhran: Gənc ailələr niyə uşaq istəmir?  |     21:18 Sabah hava qeyri-sabit olacaq  |     21:10 ChatGPT kodlarındakı qəribə qadağa: Qoblin və gremlinlər niyə bloklandı?  |     21:05 Cəbrayılda xəstəxana inşa edilir  |     20:56 Lökbatanda yanan anbar "Bakı Logistika"ya aid deyilmiş  |     20:50 I Qarabağ müharibəsinin daha iki itkin-şəhidi dəfn edildi  |     20:43 Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı  |     20:38 Naxçıvanda əhalinin sayı artıb  |     20:29 Vətəndaşa qarşı quldurluq edənlər hakim qarşısında  |     20:23 Bağ evlərinin kirayə qiyməti artır: Aylıq 10 min manat  |     20:15 Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var  |     20:12 AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi  |     20:00 Lahıc yolunda UÇQUN - Qayalar yolun ortasına düşdü (Video)  |    
Left Banner
Right Banner

Avtobuslarda ödənişlərlə bağlı YENİLİK - Bu gündən tətbiqinə BAŞLANILDI

25.12.2025 13:03 1 164
Avtobuslarda ödənişlərlə bağlı YENİLİK - Bu gündən tətbiqinə BAŞLANILDI
Dekabrın 25-dən Bakı şəhəri üzrə "BakuBus" MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.

Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.

Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner