Mojo.az Banner
13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub

25.12.2025 12:32 534
Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub
2026-cı ildə də Azərbaycanda qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Qeyd olunub ki, qurumda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək. AMB və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcək.

2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək. Pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcək. Banklararası pul bazarındakı faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkəti üçün qurum arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə yararlanacaq. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, onun AMB-nin uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcək.

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcək. Daimi imkan aləti kimi gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcək. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaq.

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcək. Bu alətlər üzrə faiz dərəcələri AMB-nin İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaq. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaq. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcək. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmazlığı) asılı olaraq operativ şəkildə veriləcək. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcək.

Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də həyata keçiriləcək. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcək. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcək.скачать dle 11.3
Mojo.az Banner