Mojo.az Banner
17:07 FIFA iki türk klubuna transfer qadağası qoydu  |     16:51 Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı  |     16:49 Təl-Əvivdə hava həyəcanı siqnalı işə salındı, səmada partlayış səsləri eşidildi  |     16:45 Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb  |     16:30 Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi  |     16:28 Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub  |     15:37 Sabunçuda evdən 6300 dollar oğurlandı - Saxlanılan var  |     15:09 Lənkəranda zəlzələ oldu  |     15:06 Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA  |     15:00 Kürdə köməksiz qalanlar bir ailənin üzvləri imiş - YENİLƏNİB  |     14:57 Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı  |     13:48 Saxlanılan məşhur türkiyəli aktrisa Hande Erçel ifadə verib  |     13:44 Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü  |     13:43 Rəşad Baxşəliyev vəfat etdi  |     13:34 Biri ilə mübahisə etdi, digərlərini güllələdi - Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI  |     13:31 Sabah intensiv yağış yağacaq: Subasma ehtimalı var  |     13:26 Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər (Yenilənib)  |     13:23 Goranboyda 34 yaşlı kişi bıçaqlandı: Gənc oğlan saxlanıldı  |     13:23 SEPAH İsrailin mərkəzinə raket və dron zərbələri endirib - 83-cü hücum dalğası  |     13:21 Martın 27-si Milli Elm Günüdür  |    
Left Banner
Right Banner

Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? - Qida eksperti SİRLƏRİ AÇDI

23.12.2025 22:11 351
Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? - Qida eksperti SİRLƏRİ AÇDI
Bəzən insanlar arasında görürük ki, bəziləri kənd toyuğunun ətini yeməyə, bəziləri isə broyler toyuğunun ətini yeməyə üstünlük verir.

Bəs bunların hansı sağlam qida hesab olunur?

Median.Az-ın məlumatına görə, "Redaktor.az"a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd etdi ki, müsasir dünyada bir çox qidaların tərkibi dəyişdirilir.

Onun sözlərinə görə, istər heyvan mənşəli, istər bitki mənşəli qidalarda dəyişikliklər var:

"Təbii ki, bu, toyuqdan da yan keçməyib. Çünki bir çox hallarda insanlarda “kənd toyuğu, yoxsa broyler toyuğu faydalıdır, yoxsa zərərlidir?” sualları ortaya çıxır. Təbii ki, hər birinin həm mənfi, həm müsbət tərəfləri var. İlk növbədə bilmək lazımdır ki, əgər gözəl ekoloji mühitdə, təbii şəkildə saxlanılan kənd toyuğudursa, normal otlarla, təbii taxıllarla qidalanırsa və daha çox hərəkət edirsə, bu toyuqlar qidalılıq dəyərinə görə daha faydalıdır. Eləcə də bu toyuqdakı zülal dəyəri daha faydalıdır və xüsusilə də bu toyuqlarda bir çox hallarda yağlılıq faizi daha az olur.

Nəzərə alsaq ki, əgər fərqli şəkildə və bir çox toyuqlardan təcrid olunmuş şəkildə saxlanılırsa, bu toyuqlarda istifadə olunan antibiotiklər və digər profilaktik müalicə tədbirləri, istifadə olunan kimyəvi dərmanlar broylerə görə daha az olur. Ancaq nəzərə alaq ki, burada digər bir təhlükəli tərəf də ola bilər: belə toyuqlar bir çox hallarda baytarlıq nəzarətindən keçirilmir və bəzən ekoloji cəhətdən təmiz olmayan yerdə qidalanması, təmiz olmayan sulardan istifadə etməsi insan orqanizminə bir çox bakteriyaların yoluxma riskini artırır. Bəzən olur ki, kimyəvi maddələrin daha çox olduğu yerlərdən toyuq su içirsə, bu, həmin toyuqla qidalanan insanlara da təsir göstərə bilər. Yaxşı olar ki, belə toyuqlar mənşəyi bəlli olan və nəzarətdən keçmiş yerlərdən alınsın".

Mütəxəssis vurğualdı ki, broyler toyuqlarında isə fərqli olaraq baytarlıq və sanitar-gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunur:

"Çünki bir fermada təxminən 20 minə yaxın cücə varsa, bunların hər hansı birinə zərər dəysə, bu, qısa müddətdə bütünlərinə yayıla bilər. Ona görə mütəmadi olaraq sanitar nəzarət aparılır və yemlərinə qatılan xüsusi kimyəvi maddələrlə xəstəliklərin qarşısı alınır. Bu, onların bir çox xəstəliklərdən müdafiə məqsədini daşısa da, qəbul edildikdə insan orqanizminə müəyyən fəsadlar törədə bilər. Broyler toyuqları daha yağlı olur və zülal dəyəri kənd toyuğuna nisbətən azdır. Davamlı olaraq istifadə edildikdə və yaxşı bişirilmədikdə, antibiotiklərə qarşı risklər yarana bilər.

Yaxşı olar ki, istər kənd, istər broyler toyuğu alınacaqsa, bunlar mənşəyi bəlli olan və düzgün saxlanılan yerlərdən alınsın. Zülal mənşəli olduğuna görə toyuq tez xarab olur; düzgün temperaturda saxlanılmasa, tərkibində sürətlə dəyişikliklər baş verir ki, bu da insan orqanizminə risk yaradır. Uzun müddət açıq havada saxlanılmamalıdır. Əgər paketlənmiş broyler toyuğudursa, üzərində etiket məlumatında istehsalçı şirkət haqqında ətraflı məlumat, kəsim tarixi, son istifadə müddəti və saxlanılma şəraiti qeyd olunmalıdır. Paket zədələnmiş olmamalıdır. Xüsusilə də rəngi parlaq olmalıdır. Əgər rəngində dəyişiklik, göyərmə, ləkələr varsa, parlaqlığı itibsə və xoşagəlməz qoxu gəlirsə, bu, onun xarab olduğunu göstərir".

M.Hüseynovan bildirdi ki, həftədə iki-üç dəfə, 150 qram şəklində toyuq qəbul etmək normal hesab olunur:

"Toyuğu bişirərkən yaxşı bişməsinə diqqət olunmalıdır; içində çəhrayı və ya çiy qism qalması, qanlı olması risklidir. Əgər tam bişməsə, insan orqanizminə müxtəlif bakteriya və viruslar keçə bilər. Çiy ətlə təmas zamanı bişmiş məhsullara eyni əllə toxunmamaq lazımdır.

Bu gün əksər gənclərimiz bütün restoran və ictimai iaşə obyektlərində daha çox broyler toyuğu istifadə etdiyinə görə ondan daha çox faydalanırlar. Onun hazırlanmasında istifadə olunan dadlandırıcılar, bəzən sintetik mənşəli monosodium glutamatdır, bu, həm asılılıq yaradır, həm də yeni dad reseptorlarının yaranmasına səbəb olur. Bu reseptorlar yarandıqdan sonra ənənəvi, təbii qidalardan zövq almamaq baş verir ki, bu da xüsusilə yeniyetmə və gənclərin kənd toyuğundan imtina etməsinə gətirib çıxarır. Digər tərəfdən, broyler toyuğu daha yumşaq olduğundan yemək asanlaşır, kənd toyuğunda ətin daha sərt olması isə çeynəməyi tələb edir, bu da bəzən imtina etməyə səbəb olur. Hər bir halda, bütün qidaları, xüsusilə toyuq və toyuq mənşəli məhsulları alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən alınmalı, düzgün saxlanmalı və düzgün temperaturda bişirilməlidir".скачать dle 11.3
Mojo.az Banner