Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

23.12.2025 13:46 423
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, iki kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.скачать dle 11.3
Mojo.az Banner