Mojo.az Banner
12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |    
Mojo.az Avto
Mojo.az Avto

200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

23.12.2025 12:39 1 110
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?
"Prezident İlham Əliyevin imzaladığı "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir".

Deputat Vüqar Bayramov bununla bağlı fikirlərini özünün sosial şəbəkə hesabında paylaşıb.

200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

V.Bayramov Sərəncamın icrası ilə bağlı ünvanlanan sualları və onlara cavablarını qısa olaraq aşağıdakı kimi təqdim edib:

- Kimlərə yardımlar ödəniləcək?

- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Yəni hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

- Yardımlar necə ödəniləcək?


- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

- Yardımların alınması üçün hara müraciət edilməlidir?


- Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.

- Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

- 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

- Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?


- 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.скачать dle 11.3
Mojo.az Banner