Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

Amnistiya aktının icrasına başlanılıb (Yenilənib)

22.12.2025 11:50 900
Amnistiya aktının icrasına başlanılıb (Yenilənib)
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bu cəzaçəkmə müəssisəsində Amnistiya aktı ilkin mərhələdə 52 nəfərə şamil olunub. Onlardan 22 nəfər bu gün azadlığa buraxılıb.

Tədbirdə Ombudsman, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

* * * * *

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktının icrasına başlanılıb.


Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.

* * * * *

Bu gündən Amnistiya aktının icrasına başlanılır.


Cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.

Qeyd edək ki, dekabrın 19-da Milli Məclis "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə Amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner