Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü

20.12.2025 21:47 792
Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü
Hacıqabulda 1972-ci il təvəllüdlü Şakir Valehov arvadı Həlimə Valehova ilə bacısı oğlu Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib.

Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb.

Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin təfərrüatına gəlincə, Şakir həyat yoldaşı Həlimə ilə bacısı oğlu Bəhramın münasibətindən şübhələnib. O, arvadına xəyanət ittihamı irəli sürsə də, qadın deyilənləri qəbul etməyib.

Bundan sonra Şakir evin həyətinə kamera quraşdırıb. Buna baxmayaraq, kamera vasitəsilə arvadı ilə bacısı oğlunun münasibətini təsdiqləyən hər hansı görüntü əldə edə bilməyib. Şakir dəfələrlə kameranın yerini dəyişsə də, ittihamını sübut edəcək fakta nail olmayıb.

Nəticədə, Şakir heyvanlara ot gətirmək bəhanəsi ilə bacısı oğlunu evinə çağırıb. Bəhram dayısının xəbərinə əməl edərək azyaşlı övladı ilə birlikdə evə gedib. Onların daxil olmasından sonra Şakir qapını kilidləyib və hər ikisini girov götürüb.

Şakir əvvəlcə Bəhramın, daha sonra isə azyaşlı uşağın başına tapança dirəyib. Buna baxmayaraq, Bəhram ittihamları qəbul etməyib və dayısına yanıldığını deyib.

Şakir Bəhram etiraf etməyəcəyi təqdirdə azyaşlını öldürəcəyi ilə hədələyib. Uşağın ağladığını görən Bəhram vəziyyəti sakitləşdirmək üçün dayısına razılıq verib və Həlimənin həyətə çıxdığı evə yollanıblar.

Təqsirləndirilən şəxsdən iki addım aralanan Bəhram fürsətdən istifadə edərək qaçıb və ailə üzvlərinə hadisə barədə məlumat verib. O, özünün qaçdığını, uşağının isə hələ evdə qaldığını bildirərək azyaşlını Şakirin evindən çıxarmalarını tapşırıb.

Daha sonra hadisə barədə polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları Şakir Valehovu saxlayıblar. Evə baxış keçirilən zaman mənzildə narkotik vasitə də aşkar olunub.

Qeyd edək ki, Ş.Valehov daha əvvəl narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Son xəbərlər