Mojo.az Banner
13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |     12:45 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:44 Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     12:43 Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı  |     12:39 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO  |     12:29 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"  |     12:08 Azərbaycanda buğdanın yeni tədarük QİYMƏTİ MÜƏYYƏN EDİLDİ  |     12:02 Hörmüz boğazında gərginlik artır: İran Vaşinqtonla planlaşdırılan görüşdən imtina etdi  |     11:55 Serbiyada hərbi xidmətə çağırış bərpa olunacaq  |     11:54 Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb  |     11:53 Milli Məclisin sabiq baş məsləhətçisi vəfat etdi  |     11:50 Qeyri-sabit hava dəniz kənarındakı obyektlərə necə təsir edir? - Video  |     11:40 PSJ italiyalı qapıçını heyətinə qatdı  |     11:33 Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu  |     11:32 Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqləndi  |    
Left Banner
Right Banner

İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən şəxslərin məhkəməsi olub

19.12.2025 20:08 381
İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən şəxslərin məhkəməsi olub
İmtahan nəticələrinə təsir göstərməkdə təqsirli bilinən şəxslərin məhkəməsi keçirilib.

Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Hakim Elçin Məmmədov sədrlik etdiyi prosesdə hər iki şəxsə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

K.Əsədov ona elan olunan ittihamlarda özünü təqsirli bilməyib. G.Abbasov isə özünü qismən təqsirli bilib.

Məhkəmədə ifadə verən Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi bildirib ki, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə edildiyi aşkarlanıb və bu məsələ ilə bağlı 14 abituriyentin adı qeydə alınıb.

Növbəti məhkəmə prosesi gələn il yanvarın 22-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner