Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Yararsız məhsulla qarşılaşan istehlakçı nə etməlidir? - Hüquqşünasdan açıqlama (Video)

17.12.2025 11:55 486
Yararsız məhsulla qarşılaşan istehlakçı nə etməlidir? - Hüquqşünasdan açıqlama (Video)
Sağlamlığımızın qorunmasına yönəlmiş vasitələr hesab olunan dərmanlar və qida əlavələri bəzən özləri risk mənbəyinə çevrilə bilib. Baku TV-yə müraciət edən sakin istifadə müddəti ötmüş dərmanlarla bağlı narahatlığını bildirib.

Həkim Abbas Bağırov isə bu mövzu ilə bağlı xəbərdarlıq edib: "İstənilən bir dərman forması hazırlandığı brend formasından dəyişilirsə, artıq bu məhsul istifadəyə yararsızdır".

Hüquqşünas Vüsal Cəfərov isə istifadə müddəti ötmüş məhsulların satışının qanunla məsuliyyət doğurduğunu xatırladıb və İnzibati Xətalar Məcəlləsinə əsasən cəzaları açıqlayıb.

"İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların az miqdarda, yəni beş min manatdan az məbləğdə aldadılmasına və yaxud saxlama müddəti ötmüş məhsulların satılmasına, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması inzibati tənbeh kimi nəzərdə tutulub. Həmin maddənin sanksiyasında fiziki şəxslərə 350 manatdan 500 manata qədər, vəzifəli şəxslərə 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslərə isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası nəzərdə tutulub".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər