Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna cəbhədə PUA-lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib - "Forbes"dən detallar

12.12.2025 20:18 387
Ukrayna cəbhədə PUA-lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib -
Ukrayna cəbhədə rus piyada bölmələrinə qarşı mübarizə aparmaq üçün bir neçə yeni PUA istifadəsi taktikası hazırlayıb.

Bu barədə "Forbes” yazır.

Jurnalistlərin qeyd etdiyinə görə, Ukrayna ruslara döyüş meydanında yanlış təsəvvür yaratmaq üçün səsucaldıcılarla təchiz edilmiş dronlardan istifadə edir. Söhbət xüsusən texnika səslərinin imitasiya edilməsindən gedir ki, bu da Rusiyanı öz kəşfiyyat dronlarını havaya qaldırmağa məcbur edir. Bu, Rusiyanın birdəfəlik PUA-lar şəklində resurslarını tükəndirməklə yanaşı, həm də operatorların mövqelərini aşkara çıxarır. Bəzən bu səsucaldıcılardan rus hərbçilərinin qışqırıqları və kömək çağırışları səsləndirilir ki, bununla rus piyadaları səngərlərdən çıxmağa təhrik olunur.

Digər taktika yerüstü dronlardan istifadə ilə bağlıdır. Qeyd edilir ki, Rusiya pis hava şəraitindən, xüsusən dumanlı havadan bəhrələnərək bəzi uğurlar əldə edə bilir, çünki belə şəraitdə havadan işləyən PUA-ların fəaliyyəti çətinləşir. Bunun qarşısını almaq üçün Ukrayna çox sürətlə yerüstü dronlar şəklində həll hazırlayıb. Bu dronlar rus qoşunlarının yaxınlaşma yolları boyunca gizlənərək hərəkət edən nəqliyyat vasitələrini aşkar etmək üçün yolları monitorinq edir. Hərəkət qeydə alındıqda, onların koordinatlarını və hərəkət istiqamətini PUA operatorlarına ötürürlər.

Operatorlar isə dərhal zərbə PUA-larını işə salaraq rus texnikasını məhv edirlər. Məlumata görə, bu yanaşma çoxsaylı rus zirehli texnikasını sıradan çıxarıb və rus qüvvələrinin irəliləyişini ləngidib.

Jurnalistlər həmçinin bir taktikanı xatırladırlar: Pokrovskda nasaz ukraynalı PUA binanın daşıyıcı divarına ilişib qalmışdı. Rus əsgəri həmin drona yaxınlaşıb onu götürmək istədikdə, PUA partlayıb və nəticədə bina içəridə olan rus hərbçilərinin üzərinə çöküb.

Jurnalistlərin qeyd etdiyinə görə, müharibə başlayandan bəri Ukrayna getdikcə daha müasir dronlar hazırlayır və tətbiq edir. Bu yeni sistemlər tez bir zamanda cəbhəyə çatdırılır və Ukrayna ordusu tərəfindən sınaqdan keçirilir.

Bundan əvvəl "Breaking Defense” yazmışdı ki, Ukrayna dronların cəbhəyə çatdırılması üçün unikal üsul tətbiq etməyə başlayıb. Artıq istehsalçı dronları birbaşa əsgərlərə göndərir, anbarlarda saxlamır. Bunun üçün "Amazon”a bənzər "blockchain defense” adlı veb-saytdan istifadə olunur.

Bu arada "The Times” yazır ki, cəbhədə PUA-ların dominantlığı fonunda Ukrayna Qərbin hərbi güc barədə təsəvvürünü dəyişib. Qeyd olunur ki, Qərb tədarükçü rolunu itirərək alıcıya çevrilir. Çünki Ukrayna artıq müdafiə sənayesi sahəsində öz müttəfiqlərini qabaqlayır.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner