Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN

25.10.2025 23:01 675
Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN
Ukrayna və Rusiya arasındakı döyüşün xarakteri təkcə silahların sayı ilə deyil, həm də tərəflərin texniki yeniliklər və ümumiyyətlə improvizasiya sahəsindəki rəqabəti ilə müəyyən edilir. Bunun bariz təzahürü rusların reaktiv mühərrikli idarə olunan hava bombalarından (KAB) istifadə etməsi olub.

Bu barədə CNN yazıb.

Nəşr yazır ki, improvizasiya və innovasiya həm quruda, həm dənizdə, həm də havada bir-birini üstələməyə çalışan Rusiya və Ukrayna hərbçiləri üçün şüarlara çevrilib. Hər iki ölkə süni intellekt, robototexnika və pilotsuz sistemlərdən sürətlə istifadə edir.

Məqalənin müəllifləri vurğulayırlar ki, bu müharibədəki bütün innovasiyalar yüksək texnologiyalı deyil. Əksinə, çox vaxt əhəmiyyətli təsir göstərə bilən sadə, hətta ibtidai texniki həllər olur. Nümunə olaraq, CNN Ukraynadan 2000 km məsafədə yerləşən Rusiyanın Dzerjinsk şəhərində partlayıcı maddə zavoduna edilən zərbəni göstərir. Bunu həyata keçirmək üçün ukraynalılar pilotsuz avtomatik rejimdə uçuş üçün yenidən qurulmuş və çox sadə bir bomba ilə təchiz edilmiş yüngül mühərrikli təyyarədən istifadə ediblər.

Və bu, təcrid olunmuş bir epizod deyil. Bu, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin 14-cü alayının daxilində ayrıca bir bölmə tərəfindən sistematik şəkildə istifadə edilən bir taktikadır.

Adaptasiyanın başqa bir nümunəsi: ukraynalılar düşmən dronlarını ələ keçirmək üçün pulemyotlu yüngül mühərrikli təyyarələrdən istifadə etməyə başlayıblar. Prinsip II Dünya müharibəsində döyüşçülərin istifadə etdiyi prinsiplə eynidir. İndi ruslar ukraynalıların bu təcrübəsini mənimsəməyə çalışırlar.

Daha yüksək texnologiyalı uyğunlaşmalara gəldikdə, CNN buraya reaktiv mühərrikli yeni Rusiya KAB-larını da daxil edir. GUR rəisinin müavini Vadim Skibitskinin sözlərinə görə, bu cür bombaların döyüş radiusu təxminən 200 kilometrdir. Və bu, artıq tanış olan mühərriksiz, yalnız qanadlı sürüşmə bombalarına əlavə olaraq - onlar təxminən 80 kilometr uçur və Ukrayna Silahlı Qüvvələri üçün ən böyük problemlərdən birinə çevrilib.

Ukrayna tərəfindən ən məşhur yüksək texnologiyalı yenilik dənizdəki vəziyyəti kökündən dəyişdirən və rus işğalçıları üçün problemə çevrilən dəniz dronları olub.

Nəşrin müəllifləri qeyd edirlər ki, hər iki tərəf silah istehsalını genişləndirməyə çalışır, lakin əksər hallarda istehsal xətlərinin yerləşdirilməsi illərlə ölçüldüyündən, sürətli improvizasiya döyüş meydanında mühüm rol oynayır.
//qaynar.az

Son xəbərlər