Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

11.12.2025 13:30 336
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlətimizin başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.

Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.

Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.

Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.

Qurbanqulu Berdiməhəmmədov ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri ümummilli liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.

O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək, imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner