Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev türkmənistanlı həmkarını təbrik etdi

25.09.2021 17:13 2 253
İlham Əliyev türkmənistanlı həmkarını təbrik etdi
Azərbaycan Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram”.

Son xəbərlər