Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

İstirahət mərkəzinə getdi, kababdan xoşu gəlmədi, dava saldı

10.12.2025 16:40 453
İstirahət mərkəzinə getdi, kababdan xoşu gəlmədi, dava saldı
Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən "Murad" İstirahət Mərkəzində kababdan xoşu gəlməyən müştəri dava saldığına görə cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Ucar rayonunun anadan olmuş Nuran Cəfərov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

Məlulum olub ki, Nuran dostları ilə sözügedən istirahət mərkəzində spirtli içki qəbul edib. Sonuncu sifarişləri bir şiş böyrək kababı olub. Lakin, kabab gətiriləndə şişə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu görüb. Buna etiraz edib, kafenin mətbəxinə gedərək Rəvan adlı kababçıya niyə istədiyi formada kabab göndərməməsinin səbəbini soruşub. Bir az söhbət edərək yerinə qayıdıb. Nuran bildirib ki, həmin vaxt aralarında heç bir dava-dalaş olmayıb.

Bir qədər sonra hesabı vermək üçün kassa yaxınlaşıb. Bu zaman kababın yaxşı olmadığını bildirib. Restoran işçisi Tacəddin isə ona "yesən də, yeməsən də, budur" deyə cavab verib. Bu zaman mübahisə yaranıb və Nuran Tacəddini döyüb. Onun haqqında polisə şikayət olunub.

Məhkəmənin hökmü ilə Nuran Cəfərov 1000 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər